Ötən ilin bu günü şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan Cəbrayılın eyniadlı komandası yeni mövsümündən Region Liqasında çıxış edəcək.
Sportnet.az xəbər verir ki, bu barədə liqanın rəsmi feysbuk səhifəsi məlumat yayıb.
Qeyd edək ki, "Cəbrayıl" komandasının təsisçisi Azərbaycan millisinin və "Qəbələ"nin sabiq futbolçusu Cavid Hüseynovdur.