1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Robinsonun Bakı sərgüzəşti
Ötən gün dünya çempionatının seçmə oyununda Azərbaycan yığmasına 2 qol vurmuş irlandiyalı futbolçu Kallum Robinson Bakıya səfər öncəsi saymazyana formada "İki dəfə koronavirusa yoluxmuşam, amma peyvənd olunmamışam" açıqlamasını vermişdi.
Sanki hansısa bir cəngəlliyə gəlir. Özünü Robinson yox, ingiltərəli yazıçı Daniel Defonun əsərinin qəhrəmanı Robinzon kimi hiss edirmiş. Təəssüf ki, bu açıqlamaya rəsmi səviyyədə əhəmiyyət verilmədi.
Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən bir sıra ölkələrin COVID-19 pasportuna malik vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilib. Lakin bu şəxslər ictimai iaşə müəssisələrinin, mehmanxanaların, iri ticarət mərkəzlərinin qapalı məkanlarında və COVID-19 pasportu tələb olunan digər obyektlərdə göstərilən xidmətlərdən istifadə edə bilərlər. Həmin obyektlərə giriş və ya müvafiq dövlət orqanlarının əməkdaşları tərəfindən monitorinq zamanı xarici ölkədə verilmiş COVID-19 pasportu etibarlı sayılır.
Həmin ölkələr arasında İrlandiya da var.
Amma belə saymazyana açıqlama verəni nəinki Heydər Əliyev Beynəlxalq Aeroportundan geri qaytarmaq, həttta Dublindən Bakıya uçusunu əngəlləmək lazım idi.
Hava limanı olmasa belə, Robinsonu Bakıdakı otelə peyvənd pasportu olmadan buraxılmamalı idi.
Amma o, gəldi. Gəlişindən sonra 2 komanda yoldaşı - Adam Ayda və Ceyson Nayt qızdırma hiss etdikləri üçün İrlandiya millisindən təcrid olundular.
Robinsonun özü isə Azərbaycanla oyunda 90+3-cü dəqiqəyədək meydanda oldu və komandasının 3 qolundan 2-ni vurdu.
Xatırlayırsızsa, sentyabrın 5-də elə DÇ-2022-nin Cənubi Amerika zonası üzrə Braziliya və Argentina milliləri arasındakı seçmə oyununda oxşar məsələ ilə əlaqədar qalmaqal baş vermişdi.
Braziliya Səhiyyə Nazirliyinin rəsmiləri oyundan bir neçə dəqiqə sonra meydana daxil olaraq COVID-19-la bağlı protokol qaydasını pozduğu üçün Argentina millisinin İngiltərədən gələn oyunçuları - Emiliano Martinez, Сovani Lo Çelso, Kristian Romero, Emiliano Buendianın heyətdən çıxarılmasını və ölkədən kənarlaşdırılmasını tələb etmiş, nəticədə matç yarımçıq dayandırılmışdı.
Buna etiraz edən Argentina millisi meydanı tərk edərək paltardəyişmə otağına yollanmış, Argentina Futbol Federasiyası matça çıxmayacağını açıqlamışdı.
FIFA isə məsələ ilə əlaqədar intizam işi açıb və hələlik qərar qəbul olunmayıb.
Lakin Kallum Robinsonun açıqlamasına hətta UEFA da reaksiya vermədi. Baxmayaraq ki, Avropa futbol qurumuna sorğu da göndərmişdik.
Qismətdə İrlandiya yığmasını 16 oyundan sonra sevindirmək də var imiş. Özü də Cəbəllütariqdən üzü bəri qələbə qazanmayan İrlandiyanı...