Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldu yeni rekorda imza atıb.
Sportnet.az "Bleacher Report"a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu buna Lüksemburqa 5:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda het-trik edərək nail olub.
Beləliklə, Ronaldu yığmada 10-cu het-trikini rəsmiləşdirib. Daha əvvəl hansısa futbolçu bu uğura imza ata bilməyib.
Millidəki qollarının sayını 115-ə çatdıran forvard özünə məxsus bombardirlik rekordunu da yeniləyib.
Qeyd edək ki, əsas rəqibindən bir oyun az keçirən Portuqaliya 16 xalla A qrupunda ikinci pillədə qərarlaşıb. Serbiya seçməsi 17 xalla liderdir.