Qadın futbolçulardan ibarət Azərbaycan millisinin və Türkiyənin "Hakkarigücü" klubunun üzvü Nərgiz Hacıyeva koronavirusa yoluxub.
Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Hacıyevanın Türkiyədə verdiyi COVID-19 testi pozitiv nəticələnib. O, millinin oktyabrın 21-də səfərdə Monteneqro, oktyabrın 26-da isə Bakıda Maltaya qarşı oyunlar üçün açıqlanmış heyətindən çıxarılıb.