
"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, B yolunda yer alan və qrupdan çıxmaq şanslarını itirən Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv üçüncü qarşılaşmasında Kosovonun "Ligeni" komandası ilə üz-üzə gəlib. İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılan matç heç-heçə ilə başa çatıb - 6:6.
Naxçıvan təmsilçisinin heyətində qolları İsa Atayev (2), Felipinyo, Maneka, Ramiz Çovdarov, və David Qustavo vurublar. Kosovo klubundan isə Şkipeon Brahimi (2), Anton Uka, Arber Şkodra, Xorxe Stiven Abril Qarsiya və yulian Diaz fərqlənib.
Bu heç-heçədən sonra xallarını 4-ə çatdıran Azərbaycan çempionu qrupu 2-ci pillədə başa vurub. Eyni xala malik "Ligeni" isə 3-cü olub.
--------------------------------------
"Araz-Naxçıvan" klubu bu gün futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində sonuncu oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı üçüncü qarşılaşmasında Kosovonun "Ligeni" komandası ilə üz-üzə gələcək.
İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılacaq matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Qrupdakı ilk görüşündə Ukrayna "Uraqan"ına 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu ikinci oyunda Rumıniyanın "Yunayted Qalati" klubuna qalib gəlib - 5:3. Növbəti mərhələ şanslarını itirən komanda hazırda "Ligeni" ilə birlikdə qrupda 3 xalla 2-3-cü yerləri bölüşdürür.
Çempionlar Liqası, əsas mərhələ
B yolu, 6-cı qrup
III tur
16:00. "Ligeni" (Kosovo) - "Araz-Naxçıvan" (Azərbaycan) - 6:6
Qollar: Şkipeon Brahimi, 12`05"; 33`58", Anton Uka, 18`52", Arber Şkodra, 25`54", Xorxe Stiven Abril Qarsiya, 35`25", Yulian Diaz, 39`07 - İsa Atayev, 6`18"; 24`30", Felipinyo, 9`09", Maneka, 9`41", Ramiz Çovdarov, 11`15", David Qustavo, 22`49"
Baş hakim: Denis Kutsıy (Ukrayna)
İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.
Xal durumu: "Uraqan" - 6 (2 oyuna), "Araz-Naxçıvan" - 4, "Ligeni" - 4, "Yunayted Qalati" - 0 (2)
Qeyd edək ki, 6-cı qrupun oyunları Ukraynada keçirilir. Bu qrupun digər matçında növbəti mərhələyə vəsiqəni təmin etmiş "Uraqan" "Yunayted Qalati" ilə qarşılaşacaq.