
Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Zəfər turu"nda günün ikinci matçı "Keşlə" və "Neftçi" komandaları arasında olub. "ASK Arena"dakı qarşılaşma meydan sahiblərinin 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Görüşdə hesabı 11-ci dəqiqədə flaqmanın hücumçusu Tiaqo Bezerra açıb. Braziliyalı forvard 35-ci dəqiqədə 2-ci topu meydan sahiblərinin qapısından keçirib. "Keşlə" 42-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Felipe Santos penaltidən fərqlənib. 49-cu dəqiqədə Rəhman Hacıyev baxımlı qolla hesabı bərabərləşdirib. Son nöqtəni isə 86-cı dəqiqədə Anatol Abanq qoyub.
Bu nəticədən sonra "Neftçi" 17 xalla 2-ci pillədəki yerini qoruyub. Xallarını 10-a çatdıran "Keşlə" isə 6-cı sırada qərarlaşıb.
Qeyd edək ki, turun açılış oyununda "Sabah" evdə "Zirə" ilə 3:3 hesablı heç-heçə edib. Tura noyabrın 7-də keçiriləcək "Səbail" - "Qəbələ" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.
-------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.
Sportnet.az-ın məlumatına görə, "Zəfər turu"nun açılış oyununda "Sabah" "Bank Respublika Arena"da "Zirə"ni qəbul edib. Meydan sahibləri yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi altında çıxdığı ilk qarşılaşmadan 3:3 hesablı heç-heçə ilə ayrılıb.
Görüş erkən qolla başlayıb. 55-ci saniyədə "Sabah"ın yarımmüdafiəçisi Coy-Lens Mikels hesabı açıb. Almaniyalı futbolçu bununla mövsümün ən erkən qolunu vurub.
Cəmi 4 dəqiqə sonra qonaqlar tarazlığı bərpa ediblər. Davit Volkov adını tabloya yazdırıb.
23-cü dəqiqədə Mikels özünün və komandasının 2-ci qolunu vurub.
İlk hissənin əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Xuan Kamara hesab arasındakı fərqi minimuma endirib. İspaniyalı oyunçu fasilədən dərhal sonra ikinci sarı vərəqəni görərək meydandan qovulub.
Say üstünlüyündən istifadə edən "qartallar" 59-cu dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Volkov dublunu rəsmiləşdirib.
Görüşdə son nöqtəni də gürcüstanlı hücumçu qoyub. 82-ci dəqiqədə fərqlənən forvard həm komandasını məğlubiyyətdən xilas edib, həm də mövsümün ilk het-trikini gerçəkləşdirib.
Bu nəticədən sonra xallarını 16-ya çatdıran "Zirə" 3-cü pilləyə yüksəlib. 8 xalı olan "Sabah" isə sonuncu sıradan xilas olaraq, 7-ci yerə qalxıb.
Günün ikinci matçında "Neftçi" "Keşlə"nin qonağı olacaq. "ASK Arena"dakı qarşılaşma saat 19:00-da başlayacaq.
Qeyd edək ki, tura noyabrın 7-də keçiriləcək "Səbail" - "Qəbələ" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.
-------------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, "Zəfər turu" 2 qarşılaşma ilə başlayacaq.
Günün ilk matçında "Sabah" yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi altında "Zirə"ni qəbul edəcək. Ardıcıl 2 turdur qələbə qazanan meydan sahibləri hazırda 7 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. 15 xalı olan "Zirə" isə 4-cüdür.
Komandalar indiyədək ölkə çempionatında 12 dəfə üz-üzə gəliblər. Bunların 5-də "Sabah", 3-də "Zirə" qələbə qazanıb. 4 oyun heç-heçə başa çatıb. Topların nisbəti də autsayderin xeyrinədir - 16:14. “Sabah” son 3 oyunda rəqibinə uduzmayıb. “Qartallar” isə bütün səfər matçlarında qol vurub.
Digər qarşılaşmada 17 xalla 2-ci sırada yer alan "Neftçi" 7 xalla 7-ci yerdə gedən "Keşlə"nin qonağı olacaq. Bu, iki kollektivin Premyer Liqadakı 68-ci dueli olacaq. Əvvəlki 67 matçda meydan sahibləri 15, qonaqlar 37 qələbə qazanıblar. 15 görüşdə qalib müəyyənləşməyib. Flaqman ölkə çempionatına təsadüf edən paytaxt derbilərində 106 qol vurubsa, Sənan Qurbanovun başçılıq etdiyi kollektiv 63 dəfə fərqlənib.
“Keşlə” son 6 oyunda rəqibinə məğlub olub. “Neftçi” isə ardıcıl 3 matçda üç qol vurub.
Azərbaycan Premyer Liqası
X tur
6 noyabr (şənbə)
15:00. “Sabah” – “Zirə” - 3:3
Qollar: Coy-Lens Mikels, 1; 23, Xuan Kamara, 45+2 - Davit Volkov, 5; 59; 81
Qırmızı vərəqə: Xuan Kamara, 47 ("Sabah")
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Bank Respublika Arena”.
19:00. “Keşlə” – “Neftçi” - 3:2 (FASİLƏ)
Qollar: Felipe Santos, 42 (pen.), Rəhman Hacıyev, 49, Anatol Abanq, 86 - Tyaqo Bezerra, 11; 35
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“ASK Arena".
Qeyd edək ki, tura noyabrın 7-də keçiriləcək "Səbail" - "Qəbələ" və "Sumqayıt" - "Qarabağ" oyunları ilə yekun vurulacaq.