
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Milan Obradoviçin baş məşqçi olduğu komanda Avstriya yığmasını qəbul edib.
“Bakcell Arena”dakı qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 42-ci dəqiqədə Emanuel Aivu hesabı açıb. 72-ci dəqiqədə Romano Şmid penaltini dəqiq yerinə yetirib. Şmid 3 dəqiqə sonra fərqi daha da artırıb.
Qeyd edək ki, hazırda Azərbaycan yığması 6 komandalı A qrupunda 5 oyundan 1 xalla 5-ci pillədə qərarlaşıb. Avstriya isə 6 görüşdən 12 xalla 3-cüdür. Qrupun digər matçında Norveç Finlandiyanı qəbul edir. Qarşılaşmada hələlik hesab açılmayıb.
----------------------------------------
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, rəqib Avstriya yığması olacaq. “Bakcell Arena”da keçiriləcək oyun saat 20:00-da başlanacaq və "CBC Sport" telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qarşılaşmanı Serbiyadan olan hakimlər idarə edəcək.
20:00. Azərbaycan - Avstriya - 0:3
Qol: Emanuel Aivu, 42. Romano Şmid, 72 (p); 75
Baş hakim: Miloş Milanoviç
Baş hakimin köməkçiləri: Yovan Qruyiç, Matiya Olayos Nac
Dördüncü hakim: Marko Sreçkoviç
Qeyd edək ki, hazırda Azərbaycan yığması 6 komandalı A qrupunda 4 oyundan 1 xalla 5-ci yerdə gedir. Avstriya isə 5 görüşdən 9 xalla 3-cüdür.