UEFA Avropa Liqasının qrup mərhələsində V tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, Polşa "Legiya"sı İngiltərədə "Lester"in qonağı olub. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1. Qonaq komandadan Azərbaycan millisinin futbolçusu Mahir Emreli görüşə start heyətdə çıxıb. O, 25-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilməsə də, komanda yoldaşı Filip Mladenoviç təkrar zərbə ilə "Legiya"nın yeganə qolunu vurub. Emreli isə 78-ci dəqiqədə əvəzlənib.
Beləliklə, 6 xala malik Polşa təmsilçisi sonuncu pilləyə enib. VI turda "Legiya" Rusiya "Spartak"ını evdə yenə bilsə, mübarizəni ən azı qrup üçüncüsü kimi Konfrans Liqasında davam etdirəcək.
Türkiyənin daha bir təmsilıçisi "Fənərbağça" isə Yunanıstanda "Olimpiakos"a minimal hesabla uduzub. Nəticədə 5 xalla 3-cü yeri tutan "sarı-lacivərdlilər" mübarizəni Konfrans Liqasında davam etdirməli olacaq.
Ümumiyyətlə, V turun oyunlarından sonra Avropa Liqasında növbəti mərhələyə yüksələnlərin sayı 11-ə çatıb. Bunlar Almaniyanın "Ayntraxt" və "Bayer", Fransanın "Lion" və "Monako", İngiltərənin "Vest Hem", İspaniyanın "Betis", İtaliyanın "Latsio", Şotlandiyanın "Reyncers", Yunanıstanın "Olimpiakos" və Türkiyənin "Qalatasaray" komandalarıdır.
Şotlandiyanın "Seltik" və Türkiyənin "Fənərbağça" klubları isə mübarizəni Konfrans Liqasında davam etdirəcəklər.
-------------------------
UEFA Avropa Liqasının qrup mərhələsində V turun növbəti oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçilərindən "Qalatasaray" Fransa "Marsel"ini qəbul edib. Görüş meydan sahiblərinin inamlı qələbəsi ilə yekunlaşıb - 4:2.
Hesabı 12-ci dəqiqədə "sarı-qırmızılar"ın rumıniyalı legioneri Aleksandru Çikıldeu açıb. 30-cu dəqiqədə Due Çaleta-Tsar topu öz qapısına vurub. 64-cü dəqiqədə Sofyan Fequli fərqi 3 topa çatdırıb.
68-ci dəqiqədə "Marsel" penalti vurmaq hüququ qazanıb. Arkadiuş Milikin 11 metrlik cərimə zərbəsini qapıçı Fernando Muslera qaytarsa da, polşalı hücumçu təkrar zərbə ilə fərqi azaldıb. Lakin 83-cü dəqiqədə Rayan Babel "Qalatasaray"ın aktivinə 4-cü qolu yazdırıb. Oyunda son nöqtəni isə 85-ci dəqiqədə Milik qoyub.
E qrupunun digər matçında İtaliya "Latsio"su Rusiyada "Lokomotiv"i darmadağın edib - 3:0. Bununla da İstanbul və Roma təmsilçiləri qrupda ilk 2 yeri təmin edərək, növbəti mərhələyə yüksəlib.
Eyni zamanda Almaniyanın "Bayer" və İspaniyanın "Betis" klubu da yenicə başa çatan oyunların yekununda Avropa Liqasında mərhələ adlayıb.
----------------------------------------------------------
Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, ikinci oyun günündə 15 qarşılaşma keçiriləcək.
C qrupunda Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı İngiltərədə "Lester"in qonağı olacaq. Bu qrupun ötən gün baş tutmuş digər matçında İtaliya "Napoli"si Rusiyada Moskva "Spartak"ına uduzub.
Türkiyə klublarından "Qalatasaray" Fransa "Marsel"ini qəbul edəcək. E qrupunun digər görüşündə İtaliya "Latsio"su Rusiyada Moskva "Lokomotiv"inin qonağı olacaq. İstanbul təmsilçisi qələbə qazansa və ya hər iki matç heç-heçə başa çatsa, "sarı-qırmızılar" mərhələ adlayacaq.
"Fənərbağça" Yunanıstanda "Olimpiakos"la üz-üzə gələcək. Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu bu qrupda Belçika "Antverpen"ini sınağa çəkəcək. Frankfurtlular növbəti raundu vaxtından əvvəl rəsmiləşdirib, lakin qrup liderliyi üçün mübarizə aparacaqlar. "Fənərbağça" isə şanslarını davam etdirmək üçün ən azı rəqibinə uduzmamalıdır. Prey təmsilçisi isə mərhələ üçün qələbə qazanmağa çalışacaq.
Bundan əlavə, "Sparta" (Praqa, Çexiya), "Reyncers" (Şotlandiya, "Monako" (Fransa), "Real Sosyedad" (İspaniya), "Srvena Zvezda" (Belqrad, Serbiya), "Bayer" (Leverkuzen, Almaniya), "Betis" (İspaniya) və "Dinamo" (Zaqreb, Xorvatiya) klublarının da ən azı ikinci pilləni rəsmiləşdirmək imkanı var.
25 noyabr
UEFA Avropa Liqası
Qrup mərhələsi
V tur
A qrupu
00:00. "Bröndbü" (Danimarka) - "Lion" (Fransa) - 1:3
00:00. "Reyncers" (Şotlandiya) - "Sparta" (Praqa, Çexiya) - 2:0
Xal durumu: "Lion" - 15, "Reyncers" - 7, "Sparta" - 4, "Bröndbü" - 2
B qrupu
00:00. PSV (Eyndhoven, Niderland) - "Şturm" (Qrats, Avstriya) - 2:0
00:00. "Monako" (Fransa) - "Real Sosyedad" (İspaniya) - 2:1
Xal durumu: "Monako" - 11, PSV - 8, "Real Sosyedad" - 6, "Şturm" - 1.
C qrupu
00:00. "Lester" (İngiltərə) - "Legiya" (Polşa) - 3:1
24 noyabr
19:30. "Spartak" (Moskva, Rusiya) - "Napoli" (İtaliya) - 2:1
Xal durumu: "Lester" - 8, "Spartak" - 7, "Napoli" - 7, "Legiya" - 6.
D qrupu
00:00. "Olimpiakos" (Yunanıstan) - "Fənərbağça" (Türkiyə) - 1:0
00:00. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Antverpen" (Belçika) - 2:2
Xal durumu: "Ayntraxt" - 11, "Olimpiakos" - 9, "Fənərbağça" - 5, "Antverpen" - 2.
E qrupu
21:45. "Lokomotiv" (Moskva, Rusiya) - "Latsio" (İtaliya) - 0:3
21:45. "Qalatasaray" (Türkiyə) - "Marsel" (Fransa) - 4:2
Xal durumu: "Qalatasaray" - 11, "Latsio" - 8, "Marsel" - 4, "Lokomotiv" - 2.
F qrupu
21:45. "Srvena Zvezda" (Belqrad, Serbiya) - "Lüdoqorets" (Razqrad, Bolqarıstan) - 1:0
21:45. "Midtüllan" (Danimarka) - "Braqa" (Portuqaliya) - 3:2
Xal durumu: "Srvena Zvezda" - 10, "Braqa" - 9, "Midtüllan" - 8, "Lüdoqorets" - 1.
G qrupu
21:45. "Betis" (İspaniya) - "Ferentsvaroş" (Macarıstan) - 2:0
21:45. "Bayer" (Leverkuzen, Almaniya) - "Seltik" (Şotlandiya) - 3:2
Xal durumu: "Bayer" - 13, "Betis" - 10, "Seltik" - 6, "Ferentsvaroş" - 0
H qrupu
21:45. "Rapid" (Vyana, Avstriya - "Vest Hem" (İngiltərə) - 0:2
21:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Genk" (Belçika) - 1:1
Xal durumu: "Vest Hem" - 13, "Dinamo" - 7, "Genk" - 5, "Rapid" - 3.