"Qəbələ" və "Qarabağ" komandaları arasında keçiriləcək Azərbaycan Premyer Liqasının XII tur matçı təcrübəsiz hakimə tapşırılıb.
Sportnet.az-ın məlumtına görə, mərkəzi oyuna təyinat alan Kamranbəy Rəhimov ilk dəfə yüksək liqada görüş idarə edəcək.
AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlikin bu cür prinsipial oyunu debütanta həvalə etməsi olduqca təəccüblüdür. Çünki Rəhimov cari mövsümdə yalnız I Divizion oyunlarında ədaləti qoruyub. O, II turun "Qarabağ-2" - "Sumqayıt-2", III turun "Keşlə-2" - "Qəbələ-2", V turun "Neftçi-2" - "Sumqayıt-2", VII turun "Qaradağ Lökbatan" - "Zirə-2" və VIII turun "Qəbələ-2" - "Zaqatala" görüşlərində fit çalıb.
Qeyd edək ki, noyabrın 29-da Qəbələ şəhər stadionunda oynanılacaq qarşılaşma saat 16:00-da başlayacaq. Hazırda Ağdam klubu 26 xalla turnir cədvəlinə başçılıq edir. 21 xalı olan əyalət təmsilçisi isə 2-ci pillədə qərarlaşıb.