AFFA İntizam Komitəsi Azərbaycan millisinin sabiq futbolçusu Ramal Hüseynovu cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, buna hazırda "Səbail"in U-19 komandasında çalışan veteran yarımmüdafiəçinin ROFM klubu ilə matçda hakimi təhqir etməsi və ona hədə-qorxu gəlməsi səbəb olub.
Nəticədə Hüseynovun stadiona girişinə 15 oyun qadağa qoyulub.
Qeyd edək ki, Ramal Hüseynov 2001-ci ildə yığmanın formasını geyinib. O, müxtəlif vaxtlarda "Qarabağ", "Neftçi", "Turan", "Kəpəz" klublarının, həmçinin Türkiyədə "Kocaelispor"un şərəfini qoruyub.