
"Neftçi" "Sumqayıt"a qarşı keçiriləcək Premyer Liqanın XIII tur oyununun biletlərini satışa çıxarıb.
Sportnet.az xəbər verir ki, qiyməti 3A sektoruna 5 AZN, digər sektorlara isə 1 AZN təşkil edən biletləri matçın oynanılacağı “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. Kassalar bu gün saat 18:00-dək, sabah 11:00-dan 18:00-dək, oyun günü isə 11:00-dan 16:00-dək işləyəcək.
Qeyd edək ki, dekabrın 5-də gerçəkləşəcək qarşılaşma saat 16:00-da başlayacaq.