
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ilk yarısına yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, XIV turun son oyununda "Qarabağ" "Zirə"ni qəbul edib. "Azersun Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam klubunun heyətində hər iki qolu Musa Qurbanlı vurub. 19 yaşlı hücumçu görüşün 6-cı və 53-cü dəqiqələrində fərqlənərək komandasına 3 xal qazandırıb.
Bu nəticədən sonra xallarını 33-ə çatdıran "Qarabağ" ən yaxın izləyicisi "Qəbələ"ni 7 xal qabaqlayaraq turnir cədvəlinin zirvəsində möhkəmlənib. 22 xala malik "Zirə" isə "Neftçi" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Neftçi" səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib, "Keşlə" səfərdə "Sumqayıt"a 3:1, "Sabah" isə "Səbail"ə 3:0 hesabı ilə qalib gəlib.
--------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Sabah" klubu səfərdə "Səbail"lə qarşılaşıb. "ASCO Arena"dakı görüş Murad Musayevin baş məşqçi olduğu komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qonaqların heyətində qolları 33-cü dəqiqədə Coy-Lens Mikels, 46-cı dəqiqədə Ceyhun Nuriyev və əsas vaxtın sonuna əlavə olunmuş 4-cü dəqiqədə Xuan Kamara vurub.
Bu qələbədən sonra xallarını 17-yə çatdıran "Sabah" ili 5-ci pillədə başa vurub. 10 xalı olan "Səbail" isə sonuncudur.
Tura bu gün oynanılacaq "Qarabağ" - "Zirə" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib, "Sumqayıt" isə "Keşlə"yə uduzub - 1:3.
----------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulacaq.
Sportnet.az-ın məlumatına görə, ilin sonuncu turu iki oyunla başa çatacaq.
10 xalla çempionatın autsayderi olan "Səbail" 14 xalla 5-ci olan "Sabah"ı qəbul edəcək. Komandalar çempionatda 12 dəfə üz-üzə gəliblər. Bunların 5-də "dənizçilər", 4-də qonaqlar qələbə qazanıb. 3 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Topların fərqində "Səbail" minimal fərqlə üstündür - 13:12.
Turun sonra matçında 30 xalla lider olan "Qarabağ" 22 xalla 4-cü pillədə qərarlaşan "Zirə"ni qəbul edəcək. Premyer Liqadakı əvvəlki 24 matçın heç birində "Zirə" qələbə qazana bilməyib. 16 görüşdə "köhlən atlar" qələbə qazanıbsa, 8 dueldə qalib müəyyənləşməyib. Topların fərqində "köhlən atlar"ın aşkar üstünlüyü var - 50:12.
Azərbaycan Premyer Liqası
XIV tur
16 dekabr (cümə axşamı)
16:30. “Səbail” – “Sabah" - 0:3
Qollar: Coy-Lens Mikels, 33. Ceyhun Nuriyev, 46. Xuan Kamara, 90+4
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”.
19:00. “Qarabağ” – “Zirə” - 2:0
Qollar: Musa Qurbanlı, 6; 53
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”.
Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" evdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə edib, "Sumqayıt" isə "Keşlə"yə uduzub - 1:3.