Apellyasiya Arbitraj Tribunalı "Sabah" klubunun AFFA İntizam Komitəsinin qərarından verdiyi şikayətə baxıb.
Sportnet.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, Nihad Cabbarov barəsində 4 oyunluq cəza qərarı qüvvədə saxlanılıb.
Beləliklə, apellyasiya şikayəti təmin edilməyib. Qərarın tam forması 30 gün ərzində hazırlanaraq tərəflərə göndəriləcək.