Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" ilk yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Polşa "Zaqlembe"si ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. "Qırmızı-qaralar"ın qolunu 9-cu dəqiqədə Fernan Lopes vurub.
Bakıda hazırlıqlarını davam etdirən "Səbail" və "Keşlə" komandaları isə "Dalğa Arena"da qarşılaşıblar. "Keşlə" bu matçda 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Qəbələ" yanvarın 21-də "Borets" (Şimali Makedoniya), yanvarın 24-də "Bohemians" (Çexiya) ilə üz-üzə gələcək.
---------------------------------------------
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ" bu gün ilk yoxlama oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Polşa "Zaqlembe"si ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Bakıda hazırlıqlarını davam etdirən "Səbail" və "Keşlə" komandaları isə "Dalğa Arena"da üz-üzə gələcək. Həmin matç da saat 16:00-da başlayacaq.
Qeyd edək ki, "Qəbələ" yanvarın 21-də "Borets" (Şimali Makedoniya), yanvarın 24-də "Bohemians" (Çexiya) ilə üz-üzə gələcək.
18 yanvar
Yoxlama oyunları
16:00. "Qəbələ" - "Zaqlembe" (Polşa) - 1:2
Qol: Fernan Lopes, 9
"Qəbələ"nin start heyəti: 1. Kristof Atanqana, 4. Ruan Renato, 33. Hüseyn Mürsəlov, 7. Ehtiram Şahverdiyev, 5. İsnik Alimi, 11. Asif Məmmədov, 8. Stefan Vukçeviç, 9. Fernan Lopez, 23. Rafael Utziq, 19. Rövlan Muradov, 14. Ülvi İskəndərov
16:00. "Səbail" - "Keşlə" - 0:2