Yanvarın 22-də Avropa çempionatının final mərhələsində ilk oyununa çıxacaq Azərbaycan millisi bu gün matçöncəsi son məşqini keçirib.
Sportnet.az xəbər verir ki, "Martini Plaza"dakı hazırlıq prosesindən əvvəl Azərbaycan Futzal Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundov futzalçılarla görüşüb, Gürcüstan yığması ilə oyunda qələbə qazanmağın vacib olduğunu bildirib.
Bir saat davam edən məşqdə qapıçı Rövşən Hüseynli və müdafiəçi Qallo iştirak etməyib. Onların ilk qarşılaşmada iştirak edib-etməyəcəyi sabah məlum olunacaq.
Qeyd edək ki, Gürcüstan - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.