
Tanınmış iş adamı Hafiz Məmmədovun Yasamal rayon məhkəməsində növbəti məhkəməsi keçirilib.
Sportnet.az "qafqazinfoya" istinadən xəbər verir ki, "Hafka" məhkəmə zalında həbs edilərək istintaqa təhvil verilib.
Sabah Bakı Apellyasiya Məhkəməsində onun ev dustaqlığına buraxılması ilə bağlı proses olacaq.
Qeyd edək ki, 1,5 milyon dollar vergi borcunun olduğu iddia edilən H.Məmmədoiv qaynarinfo-ya açıqlamasında bildirib ki, saxlanılması ilə bağlı məlumat həqiqətəuyğun deyil: "Mənim 4 şirkətim var idi. Şirkətlərimdə çalışan əməkdaşlara görə, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 652 min manat borcum yaranmışdı. Şirkətlərim müflis olduğundan bunu ödəyə bilmədim. Məhkəmə də bu günə kimi vaxt vermişdi. Bu gün də həmin borcu ödədim”.
Qeyd edək ki, Hafiz Məmmədov 2004-cü ildən "Bakı" klubunun prezidenti olub.