Azərbaycan cüdoçusu Adil Kərimli Portuqaliya Qran-prisində bürünc medal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində rəqib ABŞ təmsilçisi III Smit olub. Kərimli qarşılaşmadan məğlub ayrılaraq, 5-ci yeri tutub.
Beləliklə, Azərbaycan yığması Qran-prini 1 gümüş medalla başa vurub. Həmin medalı Balabəy Ağayev (60 lq) qazanıb. Uşangi Kokauri isə 7-ci yeri tutub.
-----------------------------
Azərbaycanın iki cüdoçusu Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayıb.
Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən Adil Kərimli 1/8 final mərhələsində İsrail təmsilçisi Stanislav Bançuku məğlub edib.
1/4 final mərhələsində xorvatiyalı Marko Kumriçə uduzan cüdoçu təsəlliverici görüşdə braziliyalı Rafael Buzacarinidən güclü olub. Kərimli bürünc medal uğrunda görüşdə ABŞ-dan olan L.A. Smitlə görüşəcək.
100-dan yuxarı çəkidəki Uşangi Kokauri 1/8 finalda konqolu Klemen Musumadiyə qalib gəlsə də, növbəti raundda yaponiyalı Yuta Nakamuraya, təsəlliverici qarşılaşmada isə seneqallı Mbaqnik Ndiayeyə yenilib. Eyni çəkidəki İmran Yusifov koronavirus testi pozitiv çıxdığı üçün turnirdən kənarlaşdırılıb.
Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (66 kq) gümüş medal qazanıb. Eyni çəkidə çıxış etmiş daha bir azərbaycanlı cüdoçu Rövşən Əliyev 1/8 finalda uduzaraq, mübarizəni dayandırıb. Digər 7 idmançı - Yaşar Nəcəfov (66 kq), Nəriman Mirzəyev, Zaməddin Poladov (hər ikisi 73 kq), Zelim Tskayev (81 kq), Rüfət İsmayılov (90 kq), Aydan Vəliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Səbinə Əliyeva (52 kq) müxtəlif səbəblərdən yarışda iştirak edə bilməyiblər.
----------------------------------------
Bu gün Azərbaycanın digər üç cüdoçusu Portuqaliyanın Almada şəhərində keçirilən Qran-pridə mübarizəyə başlayacaq.
Sportnet.az-ın məlumatına görə, 100 kq çəki dərəcəsində çıxış edən Adil Kərimli 1/8 final mərhələsində İsrail təmsilçisi Stanislav Bançukla üz-üzə gələcək.
100 kq-dan yuxarı çəkidəki İmran Yusifov eyni raundda ABŞ-dan olan Kristian Konovalın, Uşangi Kokauri isə konqolu Klemen Musumadinin müqavimətini qırmağa çalışacaq.
100 kq
1/8 final. Adil Kərimli - Stanislav Bançuk (İsrail)
1/4 final. Adil Kərimli - Marko Kumriç (Xorvatiya)
Təsəlliverici görüş. Adil Kərimli - Rafael Buzacarini (Braziliya)
Bürünc medal uğrunda görüş. Adil Kərimli - L.A. Smit III (ABŞ)
+100 kq
1/8 final. İmran Yusifov - Kristian Konoval (ABŞ) - yarışdan kənarlaşdırılıb.
1/8 final. Uşangi Kokauri - Klemen Musumadi (Konqo)
1/4 final. Uşangi Kokauri - Yuta Nakamura (Yaponiya)
Təsəlliverici görüş. Uşangi Kokauri - Mbaqnik Ndiaye (Seneqal)