"Neftçi"nin bu gün "Sabah" komandasına qarşı keçirəcəyi Azərbaycan Kubokunun ilk 1/4 final matçı əlamətdar hadisə ilə yadda qalacaq.
Sportnet.az-ın məlumatına görə, "ağ-qaralar"ın baş məşqçisi və veteran futbolçusu Samir Abasov komandanı 44 yaşı tamamında meydana çıxaracaq.
1978-ci ildə dünyaya gəlmiş sabiq müdafiəçi 2003-2004-cü illərdə “Neftçi”nin heyətində 21 oyun keçirib, 1 qol vurub. O, 2004-cü ildə “Neftçi” ilə Azərbaycan çempionatının və kubokunun qalibi olub.
Baş məşqçi kimi isə Abasov 2021-ci ildə flaqmanı ölkə çempionu edib.
Qeyd edək ki. "Bakcell Arena"da keçiriləcək görüş saat 19:45-də başlanacaq.