
"Qarabağ" və "Keşlə" komandaları arasında bu gün keçiriləcək Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunu üçün biletlər satışa çıxarılıb.
Sportnet.az-ın məlumatına görə, biletlər Tofiq Bəhramov adına Respublika stadionunun 12 - 13 və 16 - 17-ci sektorlarına 3 manata, VIP biletlər isə 10 manat təşkil edir.
Qeyd edək ki, qapılar azarkeşlər üçün matçın start fitindən 90 dəqiqə əvvəl açılacaq. Görüş saat 17:30-da başlanacaq.