
"Meydandan xalla ayrılmağa çalışdıq. Qələbəyə layiq oyun göstərsək də, 1 xal qazandıq. Çempionat gərgin keçəcək".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail" komandasının baş məşqçisi Aftandil Hacıyev evdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XV tur matçından sonra deyib.
O bildirib ki, mövsümün əvvəlində də komandasından böyük gözləntilər yox idi: "Heyətə baxanda da bunu görmək olar. Amma oyunumuzla azarkeşlərimizi sevindirməyə çalışırıq. Daha çox gənclərə şans veririk. Qarşımıza hər hansı vəzifə qoyulmayıb. Mübariz komanda formalaşdırmalıyıq".