AFFA İntizam Komitəsi "Keşlə" klubunun kapitanı İlkin Qırtımovu bir oyunluq cəzalandırıb.
Sportnet.az məlumatına görə, buna 32 yaşlı müdafiəçinin "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XV tur oyununda ikinci sarı vərəqəni alaraq meydandan qovulması səbəb olub.
Qırtımov paytaxt təmsilçisini 200 manat məbləğində ziyana salıb. "Keşlə" 4 oyunçusu həmin qarşılaşmada sarı vərəqə aldığı üçün əlavə 800 manat ödəyəcək.
Bundan əlavə, "Sumqayıt" klubu da 800 manat məbləğində cərimələnib. "Gənclik şəhəri" təmsilçisinin 4 futbolçusu "Səbail"lə 1:1 hesabı ilə heç-heçə etdikləri görüşdə sarı vərəqə görüb.