
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" "Qəbələ"ni qəbul edib.
Qarşılaşma qonaqların 4:0 hesablı qələbəsi ilə bitib. "Qırmızı-qaralar"ın qollarını 2-ci dəqiqədə Rafael Utriq, 39-cu dəqiqədə Ruan Renato, 41-ci dəqiqədə Rövlan Muradov, 68-ci dəqiqədə isə Murad Musayev vurub.
Xallarının sayını 32-yə çatdıran "Qəbələ" ikinci pillədəki mövqeyini qoruyub. "Gənclik şəhəri" təmsilçisi isə 13 xalla 7-ci yerdədir.
Qeyd edək ki, günün ilk görüşündə "Neftçi" səfərdə "Sabah"ı 1:0 hesabı ilə yenib. Tura fevralın 28-də keçiriləcək "Səbail" - "Zirə" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
------------------------------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start verilib.
Sportnet.az xəbər verir ki, günün ilk matçında "Sabah" "Neftçi"ni qəbul edib.
"Bank Respublika Arena"dakı qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Neftçi"nin yeganə qolunu 50-ci dəqiqədə Sezar Meza Kolli vurub.
"Ağ-qaralar" qələbə sayəsində xallarının sayını 28-ə çatdırıb. Son ölkə çempionu "Zirə" ilə birlikdə 3-4-cü yerləri bölüşdürür. "Sabah" isə 20 xalla 5-cidir.
Qeyd edək ki, günün digər görüşündə "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. Tura fevralın 28-də keçiriləcək "Səbail" - "Zirə" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.
-----------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XVII tura start veriləcək. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Günün ilk matçında "Sabah" "Neftçi"ni qəbul edəcək. "Bank Respublika Arena"da oynanılacaq görüşü FIFA referisi Rauf Cabbarov idarə edəcək. Hazırda meydan sahibləri 20 xalla beşinci, qonaqlar isə 28 xalla üçüncüdür.
Komandalar indiyədək ölkə çempionatında 13 dəfə üz-üzə gəliblər. Bunların 10-da "Neftçi", birində "Sabah" qələbə qazanıb. 2 qarşılaşma isə heç-heçə başa çatıb. Topların nisbəti də "ağ-qaralar"ın xeyrinədir - 26:8. Son 4 matçda hər iki komanda qol vurub. “Sabah” öz meydanında qələbə qazanmayıb.
Günün son oyunu 13 xalla 7-ci sırada gedən "Sumqayıt" və 29 xalla 2-ci pillədə qərarlaşan "Qəbələ" arasında olacaq. "Kapital Bank Arena"dakı görüşün baş hakimi Vüqar Həsənli olacaq.
İki kollektiv bunadək Premyer Liqada 37 dəfə qarşılaşıb. Bu oyunların 5-i "gənclik şəhəri" təmsilçisinin, 21-i əyalət klubunun xeyrinə yekunlaşıb. 11 görüşdə qalib müəyyənləşməyib. "Qəbələ"nin vurduğu 58 qola "Sumqayıt" 28 topla cavab verib. Son 4 oyunda meydan sahibi olan komanda uduzmayıb. Aleksey Baqanın rəhbərlik etdiyi kollektiv son iki ev görüşündə qol buraxmayıb.
Azərbaycan Premyer Liqası
XVII tur
27 fevral (bazar)
17:00. "Sabah" – "Neftçi" - 0:1
Qol: Sezar Meza Kolli, 50
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Erkin Hüseynov
"Bank Respublika Arena".
19:15. “Sumqayıt” – “Qəbələ” - 0:4
Qol: Rafael Utriq, 2. Ruan Renato, 39. Rövlan Muradov, 41. Murad Musayev, 68
Hakimlər: Vüqar Həsənli, Eyyub İbrahimov, Rəhman İmami, Fərid Hacıyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Kapital Bank Arena”.
Qeyd edək ki, tura fevralın 28-də keçiriləcək "Səbail" - "Zirə" və "Keşlə" - "Qarabağ" matçları ilə yekun vurulacaq.