AFFA hazırda işsiz olan Yunis Hüseynova məşqçi işi söz verib.
Bu barədə Sportnet.az-a 56 yaşlı mütəxəssisin özü açıqlamasında bildirib.
O, hazırda gözləmə mövqeyində olduğunu söyləyib: "AFFA mənə iş söz verib. Yəqin ki, bu, məşqçi işi olacaq".
Qeyd edək ki, Yunis Hüseynov son olaraq 2020-ci ildə "Keşlə"də baş məşqçi kimi çalışıb.