ABŞ hökuməti Rusiya siyasətçiləri və biznesmenlərinə sanksiyalar tətbiq edib.
Sportnet.az-n Ağ Evin rəsmi saytına istinadən məlumatına görə, sanksiya siyahısına biznesmenlər Boris və Arkadi Rotenberq qardaşları, habelə, Alişer Usmanov da düşüb.
A.Rotenberq Rusiya Hokkey Federasiyasının İdarə Heyətinin sədri və Kontinental Hokkey Liqasının (KHL) Direktorlar Şurasının üzvüdür.
B.Rotenberq Rusiyanın "Soçi" futbol klubunun prezidentidir.
A.Usmanovun USM, "Megafon" və "Yota" şirkətləri martın 2-dək İngiltərənin "Everton" klubunun sponsorları idi. Klubun səhmlərinin böyük hissəsi (68,6 faiz) onun biznes tərəfdaşı Fərhad Moşiriyə məxsusdur.
Bundan başqa "Transneft"in prezidenti Nikolay Tokaryov, biznesmen Yevgeni Priqojin, VEB.RF-in rəhbəri İqor Şuvalov, "Rostex"in rəhbəri Sergey Çemezov və maliyyə naziri Anton Siluanov da sanksiya altına düşüb.
Siyahıda həmçinin Rusiyanın 7 təşkilatı, nəşri və onlarla əlaqəli şəxslər dezinformasiya yaydıqları üçün yer alıb.