Fransanın "Lill" klubunun futbolçusu Burak Yılmaz Türkiyə milli komandası ilə vidalaşıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə "ay-ulduzlular"ın kapitanı Portuqaliyaya 1:3 hesabı ilə uduzduqları dünya çempionatının pley-off mərhələsinin yarımfinal oyunundan sonra mətbuat konfransında açıqlama verib.
37 yaşlı hücumçu bu matçı yığma karyerasında son görüş kimi dəyərləndirib.
O, 85-ci dəqiqədə penaltini dəqiq yerinə yetirə bilmədiyi üçün üzrxahlıq edib: "Hər gecə beynimdə bu penaltini vuraraq, yatacağam. Bu zərbəni dəqiq yerinə yetirsəydim, hesab bərabərləşəcəkdi. Uduzmağımız 3 və ya 4 müdafiəçi ilə oynamağımızda yox, penaltini vura bilməməyimdədir".