"Qarabağ"ən futbolçusu Leandro Andrade Kabo-Verde millisində ilk oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, o, Lixtenşteynə qarşı yoxlama oyununun 56-cı dəqiqəsində meydana daxil olub.
Klubun digər futbolçusu Patrik Andrade isə Qvadelupa ilə yoxlama matçında iştirak etdiyi üçün bu oyunda istirahət edib.
Qarşılaşma Kabo-Verdenin Lixtenşteyn üzərində qələbəsi ilə yekunlaşıb - 6:0.