
"Taktiki cəhətdən düzgün oynamaq, baş məşqçinin bütün tapşırıqlarını yerinə yetirmək və bütün oyunlarda qalib gəlmək istəyirik".
Sprtnet.az-ın məlumatına görə, bunu Gürcüstan millisinin futbolçusu Davit Volkov səfərdə Albaniyaya qarşı keçirəcəkləri yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.
Hazırda "Zirə"də çıxış edən 27 yaşlı hücumçu ardıcıl 4 qələbədən sonra yığmada yaxşı əhval-ruhiyyənin hökm sürdüyünü bildirib: "Əminəm ki, Albaniya ilə yaxşı yoldaşlıq matçı olacaq. Çalışacağıq ki, bu görüşü qələbə ilə başa vuraq və Millətlər Liqasını yaxşı ab-havada qarşılayaq".
Albaniya - Gürcüstan qarşılaşması martın 29-da gerçəkləşəcək.
Qeyd edək ki, Davit Volkov hazırda 10 qolla Azərbaycan Premyer Liqasının bombardiridir.