Fatih Terim yenidən Türkiyənin "Qalatasaray" komandasının baş məşqçisi ola bilər.
Sportnet.az "Milliyet"ə istinadən xəbər verir ki, təyinatın İstanbul təmsilçisində yeni prezident seçkilərindən sonra gerçəkləşmə ehtimalı var.
İdarə Heyətinin üzvləri sırasında yer alan sabiq prezident Dursun Özbek ve sabiq vitse-prezident Abdurrahim Albayrak növbəti seçkiyə bir namizədlə çıxmağı qərara alıblar. Onlar baş məşqçi postunda 69 yaşlı mütəxəssisi görmək istəyirlər.
Qeyd edək ki, "Qalatasaray" klubunda prezident seçkiləri aprelin 23-də gerçəkləşəcək. Burada kifayət qədər səs çoxluğu olmasa, seçki aprelin 30-da davam edəcək.
Fatih Terim 1996 - 2000, 2002 - 2004, 2011 - 2013 və 2017 - 2021-ci illərdə "Qalatasaray"a rəhbərlik edib. Hazırda "sarı-qırmızılar"ın baş məşqçisi ispaniyalı Domenek Torrendir.