Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda E qrupunda Danimarka seçməsinin qonağı olub.
Viborq şəhərindəki eyniadlı stadionda oynanılan qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində qolları 2-ci dəqiqədə Stine Larsen və 76-cı dəqiqədə Karen Holmqor vurublar.
Bu qələbədən sonra xallarını 24-ə çatdıran Danimarka millisi liderliyini qoruyub. 3 xala malik Azərbaycan yığması isə sonuncu - altıncı pillədə qərarlaşıb.
---------------------------------
Qadın futbolçulardan ibarət Azərbaycan millisi 2023-cü il dünya çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda E qrupunda Danimarka seçməsinin qonağı olacaq.
Viborq şəhərindəki eyniadlı stadionda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Matçı Silvia Dominqosun rəhbərlik etdiyi portuqaliyalı hakimlər briqadası idarə edəcək. Danimarka 7 görüşdən sonra 21 xalla liderdir. 3 xala malik Azərbaycan yığması isə sonuncu - altıncı pillədə qərarlaşıb.
DÇ-2023, seçmə mərhələ
VIII tur
20:00. Danimarka – Azərbaycan - 2:0
Qollar: Stine Larsen, 2. Karen Holmqor, 76
Baş hakim: Silvia Dominqos
Baş hakimin köməkçiləri: Olqa Almeyda, Kristina Moreyra Kosta
Dördüncü hakim: Filipa Pereyra Kunha
Viborq stadionu.