
Futbol üzrə Azərbaycan I Divizionunda XXI tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
"Zaqatala" "Qəbələ-2"ni 5:1, "Qaradağ Lökbatan" MOİK-i 5:0 hesabı ilə yenib. "Zirə-2" - "Qarabağ-2" görüşündə isə hesab açılmayıb.
I Divizion, XXI tur
15:00. "Zaqatala" - "Qəbələ-2" - 5:1
Qollar: Mahmud Məmmədov, 33. Kənan Müslümov, 51. Əsədulla Heydərov, 62. İbrahim Camalov, 77. Hümbət Ələkbərov, 80 - Aqil Nəsibov, 37
15:00. MOİK - "Qaradağ Lökbatan" - 0:5
Qollar: Urfan İsmayılov, 23. Sabir Allahquliyev, 81; 85 (hər ikisi pen.). Həbib İsmayılov, 86. Elnur Səmədov, 87
Qırmızı vərəqə: Nurlan Məmmədov, 65 (MOİK)
15:00. "Zirə-2" - "Qarabağ-2" - 0:0
Qırmızı vərəqə: Hüseyn Əliyev, 87 ("Qarabağ-2")
13 aprel (çərşənbə)
15:00. “Səbail-2” – “Sumqayıt-2”
Hakimlər: Elvin Bayramov, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“ASCO Arena” (pfl.az/canlı)
15:00. “Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Əli Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tovuz şəhər stadionu, 15:00 (pfl.az/canlı)
15:00. “Şamaxı-2” – “Neftçi-2”
Hakimlər: Emin Əliyev, Vüsal Məmmədov, Asiman Əzizli, İnqilab Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASK Arena”