AFFA İntizam Komitəsi "Kəpəz" klubunu cəzalandırıb.
Sportnet.az xəbər verir ki, buna Gəncə təmsilçisinin səfərdə "Turan Tovuz"a 2:3 hesabı ilə uduzduğu I Divizionun XXI tur oyununda baş vermiş hadisələr səbəb olub.
"Kəpəz" 5 futbolçusunun sarı vərəqə alması üzündən 80 manat, azarkeşlərin icazəsiz pankart açmasına görə isə 160 manat cərimə olunub.