Futbol üzrə Azərbaycan I Divizionunda 2021/22 mövsümünün qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, "Qaradağ Lökbatan" XXII turun oyunlarından sonra çempionluğu təmin edib. Bakı klubu öz meydanında “Zaqatala” üzərində qələbə qazanıb – 2:0.
Bununla da paytaxt təmsilçisi xallarının sayını 50-yə çatdırıb. Digər komandalar üçün əlçatmaz olan “Qaradağ Lökbatan” çempionatın sonuna 4 tur qalmış 1-ci yeri və qızıl medalları təmin edib.
Bu, klubun tarixində ikinci belə uğurdur. Bakılılar 2011/12 mövsümünün də qalibi olub.
18 aprel (bazar ertəsi)
“Neftçi-2” - “Turan Tovuz” - 3:0
Qollar: Xəqani Sadıxov, 19. Seymur Əliyev, 55. Mirabdulla Abbasov, 90+3
“Qəbələ-2” - “Sabah-2” - 1:1
Qollar: Hüseyn Mürsəlov, 45+3 - Kamran Quliyev, 87 (p.)
“Sumqayıt-2” - “Zirə-2” - 2:1
Qollar: İbrahim Əliyev, 29; Nəbi Məmmədov, 64 - Məhəmməd Səfərov, 8
19 aprel (çərşənbə axşamı)
“Qarabağ-2” - MOİK - 0:0
“Qaradağ Lökbatan” - “Zaqatala” - 2:0
Qollar: Sabir Allahquliyev, 5; 27 (p.)
“Kəpəz” - “Səbail-2” - 2:1
Qollar: Bəhruz Teymurov, 20; Cavad Kərimov, 55 - Elvin Sərkarov, 12 (p.)