"Belə gedişlə gələcəkdə buradan 100 faiz futbolçu da çıxacaq".
Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Şamaxı" Futbol Məktəbinin koordinatoru Vəli Qasımov deyib.
Artıq 3 aydan çoxdur Şamaxıda olduğunu deyən veteran futbolçu, çətin olsa da, işləri getdiyini bildirib: "Şamaxının əsas idman növü futbol deyil, güləşdir. Bu gün isə futbola maraq çox böyüyüb. Hər məşqə 5-6 yeni uşaq gəlir. Artıq 150-dən çox uşaq var, onlara baxmaq çətindir. Amma iş gedir, balacalar artırır. Orta yaş qrupları demək olar ki, bir az əziyyət çəkirlər. Burada 5 yaşından 13 yaşadək uşaqlar var. Hələlik onları yaş qruplarına bölməmişik. Bunu gələcəkdə edəcəyik. Hazırda futbola marağı artırırıq, ona görə məşqlərə çoxlu uşaq gəlir".
Qasımovun sözlərinə görə, əsas məqsəd futbola marağı artırmaqdır. O bildirib, rayonda futbola marağın necə olması "Şamaxı"nın "Neftçi"yə 1:2 hesabı ilə uduzduğu Azərbaycan Premyer Liqasının XXIII tur matçında görünüb: "Hamı gəlib oyuna baxmaq istəyirdi. Növbəti matçda da stadion dolacaq. Əhali futbolu çox sevir".
Keçmiş hücumçu hazırda bütün gününün Şamaxıda keçdiyini vurğulayıb: "Ailəm Bakıdadır, imkan olanda gəlirlər. Mən isə burada qalıram. Əsas işim buradadır və demək olar ki, bütün günümü Şamaxıda keçirirəm. Hazırda 4 məşqçi və 1 inzibatçımız var. Məşqçilərin hamısı yerli mütəxəssisdir, D kateqoriyaları var. Gələcəkdə daha yüksək kateqoriyanı oxumağa davam edəcəklər.