
Azərbaycan I Divizionda 23-cü tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Zaqatala” evdə “Qarabağ”ın əvəzedicilərinə məğlub olub. MOİK isə “Sumqayıt”ın ikinci komandası üzərində inamlı qələbə qazanıb.
Tura sabah keçiriləcək oyunlarla yekun vurulacaq.
I divizion
23-cü tur
"Zaqatala" – "Qarabağ-2" -1:2
Qollar: Roini İsmayılov, 18 – Mehdi Tahirov, 15. Seyxan Fərəcov, 35.
Hakimlər: Rəşad Əhmədov, Səbuhi Soltanov, Ruslan Quliyev, Kamranbəy Rəhimov
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu
MOİK – "Sumqayıt-2" - 2:0
Qollar: Əli Əliyev, 20. İlham Allahverdiyev, 42.
Hakimlər: Rövşən Rəcəbov, Nahid Əliyev, Vüqar Bayramov, Tural Qurbanov
Binə qəsəbə stadionu
Qeyd edək ki, I Divizionda mövsümün qalibi artıq müəyyənləşib. "Qaradağ Lökbatan" 22-ci turda çempionluğunu rəsmiləşdirib.