“Uzun fasilədən sonra meydanlara qayıtdığım üçün sevincliyəm”.
Sportnet.az məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Xayme Romero "Qəbələ"yə 5:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.
32 yaşlı yarımmüdafiəçi bildirib ki, ağır zədədən sonra əvvəlki oyunu sərgiləmək çox çətindir: "Buna görə komanda yoldaşlarıma, məşqçi heyətinə və tibbi personala təşəkkür edirəm”.
Müqaviləsi mövsümün sonuna qədər olan 32 yaşlı hücumameylli oyunçu “Qarabağ”da qalmaq arzusunu gizlətməyib: “Bütün diqqətimi zədəmi sağaltmağa yönəltmişdim. Burada özümü həmişə yaxşı hiss etmişəm. Başda baş məşqçi olmaqla klub hər zaman mənə xoş münasibət göstərib. Gələcəyimlə bağlı qərar vermək üçün mövsümün sonunu gözləmək lazımdır. Amma deməliyəm ki, “Qarabağ”da özümü yaxşı hiss edirəm”.