UEFA Millətlər Liqasının C Divizionun ilk turunda Azərbaycan milli komandasını qəbul edəcək Qazaxıstan yığmasının heyətində növbəti dəyişiklik olub.
Sportnet.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Tobol"un futbolçusu Aybar Jaksılıkov dizindəki zədə səbəbindən heyətdən çıxarılıb. 25 yaşlı hücumçunu Rusiya "Rotor"unun forvardı Aleksey Şetkin əvəzləyəcək.
Qeyd edək ki, iyunun 3-də paytaxt Nur-Sultandakı "Astana Arena"da oynanılacaq Qazaxıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.