Futbol üzrə Rusiya Premyer Liqasının son turunun "Dinamo" (Moskva) - "Soçi" oyununda spirtli içkilər satılacaq.
Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, hakimiyyət eksperiment olaraq bu il dekabrın 31-dək idman obyektlərində tərkibində etil spirtinin dərəcəsi 16,5%-dən az olan içkilərin satışına icazə verib.
Bununla da 2005-ci ildə ölkə ərazisindəki stadionlarda spirtli içkilərin satışına qoyulmuş qadağa ləğv olunacaq.