UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qolu bəlli olub.
Sportnet.az qurumun rəsmi tviter səhifəsinə istinadən xəbər verir ki, azarkeşlərin səsverməsinə əsasən, Türkiyə "Fənərbağça"sının hücumçusu Mergim Berişanın Belçikada "Antverpen"i 3:0 hesabı ilə məğlub etdikləri qrup mərhələsinin IV tur matçında qayçı zərbəsi ilə vurduğu qol ən yaxşı seçilib.
29-cu dəqiqədə rəqib qapısına yol tapan 24 yaşlı almaniyalı forvard görüşdəki yekun hesabı müəyyənləşdirib.
Qeyd edək ki, "Fənərbağça" Avropa Liqası ilə qrup mərhələsində vidalaşıb.
Mergim Berisha's acrobatic effort for Fenerbahçe has been voted Goal of the Tournament! ⚽️????@Heineken | #UELGOTT | #UEL pic.twitter.com/duKjjVkNBy
— UEFA Europa League (@EuropaLeague) May 24, 2022