"Şamaxı" futbolçusu Rəhman Daşdəmirovla yeni müqavilə imzalayıb.
Sportnet.az xəbər verir ki, gənc oyunçunun sözləşməsinin müddəti daha bir il uzadılıb.
Qeyd edək ki, "Şamaxı" Rüstəm Əliyevin əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunması barədə qərar qəbul edib.






































































