"Onun "Səbail"də əziyyəti çox olub".
Sportnet.az xəbər verir ki, bunu "Səbail"in kapitanı Rahid Əmirquliyev klubun baş məşqçi Aftan Hacıyevlə yollarını ayırmasına münasibət bildirərkən deyib.
33 yaşlı yarımmüdafiəçi Hacıyevə gələcək karyerasında uğurlar arzulayıb: "Aftandil müəllimin komandadan ayrılması bizim üçün gözlənilməz oldu. Haqsızlıq məsələsinə gəlincə, nə səbəbdən komandadan ayrıldığını bilmirəm. Buna görə heç nə deyə bilməyəcəyəm. Lakin hamımız elə bilirdik ki, Aftandil müəllim klubda qalacaq. Ayrılma səbəbini bilmədiyim üçün nəsə deməyim düzgün deyil. Hacıyevə böyük hörmətim var, 4 il birlikdə işləmişik".(Report)