
AFFA-nın baş katibi Sərxan Hacıyev Gəncədə səfərdə olub.
Sportnet.az "Kəpəz"in rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, qurum rəsmisi səfər zamanı şəhər stadionuna baş çəkib.
Hacıyev klubun icraçı direktoru İlqar Nadiri ilə birgə Gəncə Futbol Akademiyasında görülən tikinti işlərinin gedişi ilə də tanış olub.