
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstanla yoldaşlıq oyunları keçirəcək.
Sportnet.az xəbər verir ki, görüşlər iyunun 7-də və 10-da Qəbələdə baş tutacaq.
Rəqib komandanın baş məşqçisi Vahid Məsudov təlim-məşq toplanışı və qarşıdakı matçlar üçün 19 futbolçuya dəvət göndərib.
Qeyd edək ki, Azərbaycanın U-19 yığmasına Miloş Velebit başçılıq edir.