Mini-futbol üzrə Azərbaycan milli komandası Avropa çempionatı öncəsi Bakıda son məşqinə çıxıb.
Sportnet.az-ın məlumatına görə, “Azfar Group”un Böyükşor stadionunda baş tutan hazırlıq prosesində 15 futbolçu iştirak edib. Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.
Qeyd edək ki, Slovakiyanın Koşitse şəhərində təşkil olunacaq AVRO-2022-nin final mərhələsi iyunun 4-də start götürəcək. Azərbaycan yığması İspaniya, Rumıniya və Albaniya seçmələri ilə birlikdə B qrupunda çıxış edəcək. Elşad Quliyevin baş məşqçi olduğu kollektiv ilk oyununu iyunun 4-də 6 qat qitə çempionu Rumıniyaya qarşı keçirəcək.
Komanda iyunun 2-də Koşitseyə yola düşəcək.