21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin səfərdə Estoniyaya qarşı keçirəcəyi Avropa çempionatının seçmə oyunu üçün hakim təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma Uelsdən olan briqadaya tapşırılıb.
Baş hakim: Robert Yan Jenkins
Baş hakimin köməkçiləri: Yan Devid Börd, Eşli Devis
Dördüncü hakim: Aleks Makinç
İyunun 3-də Parnu şəhərindəki “Parnu Rannastaadion”da keçiriləcək Estoniya - Azərbaycan oyunu saat 20:00-da başlayacaq.