Mərdəkan qəsəbəsində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri Azərbaycan yığması ilə görüşüb.
Sportnet.az-ın milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, R.Abdullayev UEFA Millətlər Liqasının oyunlarında komandaya uğurlar arzulayıb.
Baş məşqçi Canni De Byazi və kapitan Maksim Medvedev AFFA rəhbərliyinə təşəkkür edib, qarşıdakı matçlarda yaxşı nəticələr əldə etmək üçün bütün komandanın böyük səylə hazırlaşdığını deyib.