"Əziz dostum və klubumuzun fəxri prezidenti Orxan müəllim. Bu yola başladığın ilk gündən hər şeyin şahidiyəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisinin Prezident İlham Əliyev tərəfindən qəbul olunması münasibətilə instaqram paylaşımında yazıb.
O bildirib ki, klubun fəxri prezidenti Orxan Məmmədov böyük istək və əzmlə çalışaraq Azərbaycan Minifutbol Federasiyasını yaradıb. Qurum bir çox çətinliklərə baxmayaraq, Avropa və dünya minifutbol federasiyasına üzv qəbul olunub: "Uzun illər bu komandaya böyük dəstək, qayğı göstərdin və ölkə prezidenti İlham Əliyevin bugünkü qəbulu sənin illərdir həm böyük futbol, həm də minifutbol üçün sərf etdiyin əməyə verilən qiymətin ən böyük göstəricisidir. Səni ürəkdən təbrik edirəm".