Gənclər və idman naziri Fərid Qayıbov Tofiq Bəhramov adına Respublika stadionunu ziyarət edib.
Sportnet.az-ın "Qarabağ"ın rəsmi saytına istinadən məlumatına görə, nazir "köhlən atlar"ın Bakıda Polşa "Lex"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa hazırlıq işləri ilə tanış olub və öz tövsiyələrini verib.
Ağdam klubunun vitse-prezidenti Fevzihan Araz F.Qayıbova, zaman ayırıb işlərlə tanış olduğu üçün təşəkkür edib.
Qeyd edək ki, “Qarabağ”ın “Lex"lə ilk oyunu iyulun 5-də səfərdə, cavab görüşü isə bir həftə sonra evdə olacaq.