Braziliyanın "İpiranqa" klubunun futbolçusu Gedeilson karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportnet.az xəbər verir ki, yerli komandalardan biri 29 yaşlı sağ cinah müdafiəçisinin xidmətində maraqlıdır.
Ereşin şəhərinin təmsilçisinin bu keçid üçün qarşı tərəfdən 100 000 Braziliya realı (təqribən 19 000 ABŞ dolları) tələb etdiyi bildirilib.
Qeyd edək ki, Gedeilson bu ilin yanvarından "İpiranqa"da çıxış edir.