
"Turan Tovuz" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Tovuz təmsilçisindən Sportnet.az-a verilən məlumata görə, gürcüstanlı yarımmüdafiəçi İmeda Aşortia ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, son mövsümü “Telavi”də keçirən Aşortia vətənində “Dila”, “Sxinvali”, “Kolxeti” və “Şukura”nın da formasını geyinib.