İngiltərənin "Mançester Siti" komandasının baş məşqçisi Xosep Qvardiola "şəhərlilər"lə müqaviləsinin müddətini uzatmaq istəyir.
Sportnet.az-ın məlumatına görə, bu barədə ispaniyalı mütəxəssis "The Mirror" nəşrinə açıqlama verib.
O, komandanı tərke etmək fikrində olmadığını bildirib: "Bu barədə çox danışmışam. Klub rəhbərliyi istəsə, qalmağa hazıram".
Qeyd edək ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"yə rəhbərlik edir.